Azərbaycan Konqres Bürosu təsis edildi

 

   Əbülfəs Qarayev: “Qurum dövlətin özəl sektorun turizm sahəsində vahid siyasət yürütməsinə imkan verəcək

  

   İyunun 10-da Bakı Biznes Mərkəzində Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Konqres Bürosunun təqdimatı keçirildi. Tədbirdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Azərbaycan Konqres Bürosunun yaradılması istiqamətində bir il müddətində müzakirələr aparılıb.

   Ölkəmizdə müxtəlif beynəlxalq yarışların, festivalların, konqreslərin, sərgilərin keçirilməsinin artıq ənənə halını aldığını vurğulayan nazir ötən il ərzində Azərbaycanın 10-dək böyük beynəlxalq tədbirə ev sahibliyi etdiyini dedi: “Təkcə ötən iki ayda ölkə başçısının təşəbbüsü ilə Bakıda Davos Forumunun toplantısı keçirildi, Madrid klubunun görüşü, II Dünya Mədəniyyətlərarası Dialoq Forumu baş tutdu. Sözsüz ki, bunlar turizm sənayesinin üzərinə olduqca böyük məsuliyyət qoyur. Çünki qonaq gəldiyi ölkədə yüksək xidmət tələb edir. Biz çalışmalıyıq ki, gələn qonaqlara göstərilən xidmətlərin səviyyəsi ildən-ilə artsın. Lakin dünya təcrübəsi onu göstərir ki, beynəlxalq aləmdə bu tədbirlərin keçirilməsində maraqlı olan qurumlar peşəkar bir assosiasiya şəklində fəaliyyət göstərir. Bu cür təşkilatların fəaliyyəti turizmin müstəqil istiqamətinə çevrilə bilər. Elə ölkələr var ki, orada beynəlxalq tədbirlərin keçirilməsi nəticəsində turist axını dəfələrlə artır bu da ölkə büdcəsinə böyük gəlir gətirir. Azərbaycan belə tədbirlərin keçirilməsinə böyük maraq göstərir. Biz bu gün mövcud infrastrukturumuzla, yeni inşa olunmuş hotellərlə, yeni nəqliyyat imkanlarımızla, kadr potensialı, xidmət səviyyəsi ilə bu tədbirlərin öhdəsindən tam gələ bilərik”.

   Nazir qeyd etdi ki, qarşıdakı illər ölkəmizdə mühüm böyük beynəlxalq tədbirlərlə yadda qalacaq: “2015-ci ildə Azərbaycanda Avropa Oyunlarının keçirilməsi nəzərdə tutulur. Eyni zamanda III Dünya Mədəniyyətlərarası Dialoq Forumunun reallaşdırılmasını planlaşdırırıq. Bundan əlavə, həmin vaxta qədər ölkəmizdə çoxlu böyük tədbirlərin, sərgilərin baş tutması gözlənilir. Çox yaxşı haldır ki, Konqres Bürosunun yaradılması ilə bağlı danışıqlar müsbət istiqamətdə gedib. Azərbaycanda fəaliyyət göstərən brend hotel şəbəkələrini təmsil edən mehmanxanaların baş menecerləri bu qurumun yaradılmasına müsbət yanaşdılar».

   Bəs Konqres Bürosu turizmə hansı yeni imkanlar verəcək? Əbülfəs Qarayevin sözlərinə görə, qurum beynəlxalq səviyyədə əlaqələrin qurulmasına, indiyədək müxtəlif yerlərdə ənənəvi olaraq keçirilən konqres forumları yeni istiqamətə cəlb etmək, bu tədbirlər üçün yeni imkanlar təqdim etməklə, Azərbaycana gələn turistlərin sayının artırılmasına töhfə verəcək.

   Dünya Turizm Təşkilatı da bu qurumun təsis edilməsinə dəstək verir: «Konqres Bürosunun beynəlxalq layihələrə daxil olması bizə imkan verəcək ki, dünyada silsilə şəkildə keçirilən şəbəkə konqreslərin, forumların bir qismini Azərbaycana dəvət edək, beləliklə, mehmanxana fəaliyyətini gücləndirək, turizm şirkətləri tərəfindən təqdim olunacaq xidmətlərin çeşidini keyfiyyətini artıraq. Biz bunu da düşünməliyik ki, Azərbaycanda hazırda forumları konqresləri keçirməyə infrastruktur da mövcuddur. Bizdə müasir hotellər, hava limanları ilə yanaşı, xüsusiləşdirilmiş konqres mərkəzləri artıq formalaşır. Heydər Əliyev Mərkəzi böyük forumların keçirilməsinə ev sahibliyi edə bilər. Bakı Expo mərkəzi fəaliyyət göstərir. Bu ilin dekabr ayında Azərbaycanda ilk dəfə olaraq UNESCO-nun qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin növbəti, 10-cu yubiley iclası keçiriləcək. Bu tədbirdə 2 minə yaxın qonağın iştirakı gözlənilir. Tədbir bir həftə davam edəcək”.

   Bütün bunlar Azərbaycan Konqres Bürosunun təsis edilməsinin aktual məsələ olduğunu göstərir: “Hotellərdən əlavə turizm şirkətləri bu işə qoşulub. Üç şirkət artıq razılıq verib, bir neçəsi şərtlərin onları qane etdiyini bildirib. Düşünürük ki, bu quruma bizim aviasiya şirkətləri maraq göstərməlidir. Çünki turistlərin ölkəyə gəlməsi, qarşılanması, yerləşdirilməsi, konqresin keçirilməsi geri dönməsi vahid bir paket çərçivəsində təqdim olunmalıdır. Bu da onlara bir-birinə dəstək imkanı verəcək. Büroda fəaliyyət göstərən turizm qurumları yaxından əməkdaşlıq etməlidir. Burada daha fəal rolu isə Azərbaycan Turizm Assosiasiyası oynayacaq”.

   Azərbaycana turist axını barədə danışan Əbülfəs Qarayev bildirdi ki, bu ilin üç ayının göstəricilərində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6-10 faiz artım var: «Dünya Turizm Təşkilatı ekspertlərinin ötən il üçün hesablamaları 4 faiz artım olduğunu göstərdi. Azərbaycanda bu rəqəm 11 faiz oldu. Bizim bu rəqəmləri artırmağa imkanımız var. Biz dərk etməliyik ki, turizm Azərbaycanda yeni bir istiqamət kimi xüsusi diqqətə malikdir. Viza rejimini sadələşdirmişik. Getdikcə sayı artan turistlərə göstərilən xidmətlərin səviyyəsinin qalxmasına nail olmalıyıq. Ona görə Konqres Bürosunun fəaliyyətinin bir hissəsi yüksək səviyyəli xidmətlərin təqdim olunmasına nəzarəti təmin etməkdən ibarət olmalıdır”.

   Nazir qeyd etdi ki, yeni qurumun əsas fəaliyyəti respublikamıza irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, MİCE (işgüzar) turizm istiqamətinin təşviqi, beynəlxalq tədbirlərlə əlaqədar tender müsabiqələrində iştirak s. məsələləri əhatə edəcək: “Azərbaycan Konqres Bürosu dövlətin özəl sektorun turizm sahəsində vahid siyasət yürütməsinə imkan verəcək”.

   Dünya Turizm Təşkilatının Avropa üzrə direktoru İzabel Qaranya Azərbaycanda turizm sahəsinə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini, bu istiqamətdə müxtəlif beynəlxalq tədbirlərin keçirildiyini vurğuladı. Dünyada turizmin inkişafı, bu sahədən əldə olunan gəlirlər barədə faktları diqqətə çatdıran qonaq Azərbaycan Konqres Bürosunun sahənin inkişafına müsbət təsir edəcəyini dedi yeni quruma uğurlar arzuladı.

   Ölkəmizdə fəaliyyət göstərən brend mehmanxanaların adından çıxış edən «Fairmont Baku» hotelinin baş meneceri Adrian Ellis Azərbaycan Konqres Bürosunun ölkənin turizm sənayesinin təbliğində əhəmiyyətli rol oynayacağını bildirdi.

   Sonra «European Development & Solutions» (EUDS) şirkətindən Florian Senqşmit İnqa Tremmel Azərbaycan Konqres Bürosu ilə bağlı təqdimatla çıxış etdilər.

   Mərasim zamanı Mədəniyyət Turizm Nazirliyi ilə bir sıra brend mehmanxanalar turizm şirkətləri arasında Konqres Bürosunun yaradılması barədə niyyət protokolu imzalandı. Sənədi nazir Əbülfəs Qarayev, «Fairmont Baku», «Hilton Baku», «Hyatt-Regency Baku», «Jumeirah Bilgah Beach Hotel», «JW Marriott Absheron», «Kempinski Badamdar», «Ramada Baku» hotellərinin baş menecerləri «ENCtours», «Millennium Tourism & Congress DMC», «Fantravel» turizm şirkətlərinin təmsilçiləri imzaladılar.

  

   Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2013.- 12 iyun.- S. 3.